Hadisə
Yeni qatarın “siftəsi”: Şüşəsini qırdılar – FOTO
Hadisəni törədən şəxs saxlanılıb.
Dünən istifadəyə verilən Bakı- Sumqayıt sərnişin qatarında xoşagəlməz hadisə baş verib.
Savash.org-un AzVision.az-a istinadən məlumatına görə, yenicə sərnişinlərin istifadəsinə verilən qatarın şüşəsi sındırılıb.
Aparılan araşdırma zamanı şüşəni sındıran şəxs müəyyən edilərək tutulub. Onun kimliyi açıqlanmır.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı dünən istifadəyə verilib. Qatardan istifadə üç gün ərzində pulsuz olacaq.
Loading...