Hadisə

Bakıda “nurçu”lara qarşı əməliyyat: 85 nəfər saxlanıldı

Bakıda “nurçu”lara qarşı əməliyyat: 85 nəfər saxlanıldıDaxili İşlər Nazirliyi (DİN) Bakıda “nurçu”lara qarşı keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) və MTN-in Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button