Hadisə

Polisi döyüb öldürən şəxsə 15 il həbs cəzası verildi

Polisi döyüb öldürən şəxsə 15 il həbs cəzası verildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində on il əvvəl polis əməkdaşını öldürməkdə təqsirli bilinən Rafiq Nurmetovun məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə görə, Rafiq Nurmetov 15 il, Natiq Orucov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2004-cü il avqus ayının 4-də baş verib. Naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus \”Makarov\” tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.

Sonradan qətli törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb.

Təqsirləndirilən şəxs istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına

Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button