Hadisə

Ermənilər Qubadlının məşhur kəndində məskunlaşır

Ermənilər Qubadlının məşhur kəndində məskunlaşırErmənilər işğaldan sonra İşxanadzor adı verdikləri Qubadlının məşhur Xanlıq kəndinin süni məskunlaşdırılmasını davam etdirirlər. Ermənistan mətbuatıxəbər verir ki, \”Artsaxın Milli Lotereyası” layihəsinin rəhbəri Aleksandr Arzumanyan Xanlıq kəndində 37 yaşayış evinin tikintisini nəzərə tutduqlarını bildirib.
Onun sözlərinə görə, 10 ev yaxn günlərdə, daha 10 ev isə 2015-ci ildə istifadəyə veriləcək. Layihəni maliyyələşdirmək üçün erməni tərəfi hər il dekabrın 28-də ümumerməni lotereya oyunu keçirir. Bu il sayca 2-ci dəfə keçiriləcək lotereya üçün 500 min bilet dövriyyəyə buraxlıb. Qiyməti 2 min dram (5 dollar) olan biletləri əsasən Ermənistan və diaspor erməniləri əldə edirlər. Uduş sahibini müxtəlif suvenirlər, xalçalar, 30 litr həcmi olan tut arağı çəlləkləri və Xankəndidə mənzil qazanmaq şansı gözləyir.
Dağlıq Qarabağdakı separatçı rejim Xanlıq kəndinin \”məskunlaşdırılması”nı strateji hədəfləri elan edib. İşğal latındakı Qubadlı rayonu ərazisində, Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində hazırda 200 nəfər erməni yaşayır. Onların bir hissəsi, təxminən 15-dək ailə Suriyadan qamış ermənilərdir. Son bir neçə ildə kənddə orta məktəb, tibb məntəqəsi və maşın-traktor stansiyası fəaliyyət göstərir.
Xanlıq kəndi vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılıb.
Xanlıq kəndi – Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olub və öz yüksək keyfiyyəti ilə seçilib. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button