Hadisə

MTN Sovetskidə 30 nəfəri həbs etdi

MTN Sovetskidə 30 nəfəri həbs etdiMilli Təhlükəsizlik Nazirliyi narkotiklərlə mübarizə çərçivəsində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib. Axar.az-a qeyri-rəsmi mənbədən verilən məlumata görə, dekabrın 10-da MTN-nin paytaxtın Yasamal rayon ərazisində, Sovetski yaşayış massivində keçirdiyi əməliyyatı zamanı 30 nəfər həbs edilib. Həbs edilənlər narkotik maddələri əldə etmə, daşıma və satmaqda şübhəli bilinirlər. Məlumatda qeyd olunur ki, qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev Axar.az-a açıqlamasında bu barədə məlumatının olmadığını bildirib. Xatırladaq ki, dekabrın 9-da MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button