Hadisə

Polis rəisindən Baş Prokurorluğa şikayət etdi, amma…

Polis rəisindən Baş Prokurorluğa şikayət etdi, amma...DYP əməkdaşlarının özbaşınalığı və qanunsuzluğu ilə bağlı son dövrlər xeyli şikayətlər üzə çıxmağa başlayıb. Ard-arda mətbuata müraciət edən vətəndaşlar bildirirlər ki, onlardan ya rüşvət istənilib, ya da heç bir səbəb olmadan cərimə yazılıb.

JAM.AZ-a müraciət edən Bakı sakini Ramin Quliyev isə ondan artıq 600 manat rüşvət aldıqlarını deyir. O bildirir ki, 15.11.2014-cü il tarixdə öz şəxsi avtomobili ilə («DaevuCentra», 99 AF 846 dövlət nömrə nişanlı) gecə saat 10-11 radələrində Səməd Vurğun küçəsi ilə hərəkət edərkən, qəfil «Toyoto Karolla» markalı maşın onun qabağını kəsib.

Onun sözlərinə görə, bu hadisəni törədən şəxsin kimliyini soruşduqda ona sadəcə, bu sözləri deyiblər: «Gözlə biləcəksən». Onun qeyd etdiyinə görə, bu qısa dialoqdan sonra onlara 10 YP 537 dövlət nömrə nişanlı DYP maşını yaxınlaşıb. ««Bəli rəis» deyib, durdular. «Toyoto Karolla»dakı şəxs onlara bildirdi ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. Səbəbini soruşdum, dedilər, cərimə meydançasında hər şey bilinəcək. Səhəri gün Nəsimi DYP-yə yaxınlaşıb maşınımın niyə gətirildiyini soruşdum. Rəşad Quliyev adlı polis işçisi mənə bildirdi ki, guya, mən «avtoşluq» etmişəm və DYP rəisi Taləddin Axundov da göstəriş verib ki, maşınım saxlanılsın».

Ramin Quliyev deyir ki, o, ümumiyyələ, «avtoşluq» etməyib və polisin əlində bununla bağlı heç bir dəlil-sübut yoxdur. «Mən taksi sürüclüyü edib, evimə bir tikə çörək aparıram. DYP əməkdaşları görünür, plan doldurmaq üçün «avtoş ovu»na çıxıblar, tapa bilməyəndə mənim kimi kasıb-kusubu tutub gətirirlər ki, guya, biz «avtoşluq» etmişik. Mən onlardan dəlil-sübut istədikdə Rəşad Quliyev bildirdi ki, onların sübuta ehtiyacı yoxdur. Çünki nə yazırlarsa, məhkəmə də onu təsdiqləyir».

Ramin Quliyev bildirir ki, maşınını cərimə meydançasından çıxarmaq üçün ondan 800 manat pul istəyiblər. Rəşad Quliyev adlı DYP əməkdaşı ona bildirib ki, həmin məbləği gətirmədən bu işin həlli mümkün deyil. «Başıma gələnlərlə bağlı Nəsimi DYP-nin rəisi Taləddin Axundovla görüşmək istədim. Ona şikayət edəcəkdim. Lakin 5 gün ged-gəldən sonra Taləddin Axundovu yerində tapa bilmədim. Mənə dedilər ki, hətta rəislə görüşsən belə, yenə heç nə dəyişməyəcək. Çünki onun da bu işdən «haqq» çatacaq».

Haqsızlıqla üzləşmiş sürücü bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin «Qaynar Xətti»nə də müraciət edib. «161-ə zəng edib durumu bildirdim. Mənə dedilər ki, sizinlə əlaqə saxlayacağıq. Amma hələ də kimsə bu işlə bağlı mənimlə nə əlaqə yaradıb, nə də addım atıb. Vəziyyəti belə gördükdə borc tapıb, 600 manat düzəltdim və aparıb Nəsimi DYP-də verdim ki, maşınımı oradan çıxarım».

Qarşı tərəfin də möqeyini dərc etməyə hazırıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button