Hadisə

Bakıda ocaqçı diri-diri yandı

Bakıda ocaqçı diri-diri yandı
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın ötən axşam hazırda fəaliyyət göstərməyən təmir tikinti quraşdırma idarəsinin ərazisində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 75 kvadratmetr olan qazanxanada qeydə alınıb. Qazanxananın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı aparılan zaman 1970-ci il təvəllüdlü Qalib Şirin oğlu Hüseynovun yanmış meyiti aşkarlanıb

Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma başlanıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button