Hadisə

Bakıda güllələnmə

Bakıda güllələnmə
Bu gün səhər Bakının Suraxanı rayonu ərazisində güllələnmə baş verib. Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hövsan kəndində qeydə alınıb.

Belə ki, saat 07 radələrində Hövsan kəndi ərazisində mağazaya oğuru girib. Bu zaman mağazanın gözətçisi 37 yaşlı Ramin Rüstəmov səs eşitdiyi üçün mağazanın qapısına yaxınlaşıb. O, içəridə oğuru olduğunu hiss edib.

Ramin Rüstəmov mağazaya girən oğrunu saxlamaq istəyib. Lakin oğru pnevmatik silahdan atəş açıb. Rezin güllə Ramin Rüstəmovun qarın nahiyyəsinə dəyib.

Ona ilkin tibbi yardım göstəriblər.

Polis oğrunun tutulması istiqamətində əməliyyata başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button