Hadisə

Bakıdakı ABŞ diplomatının oğlunu İran maşını vurdu

Bakıdakı ABŞ diplomatının oğlunu İran maşını vurduÖtən şənbə günü Bakının Səbail rayonunda ABŞ səfirliyinin birinci katibi Stefan Qaysinin oğlunu maşın vurub.

Savash.org xəbər verir ki, bu haqda Səbail rayon polis İdarəsindən vesti.az-a bildiriblər. Məlumata görə diplomatın oğlu, 1997-ci ildə anadan olmuş Ceremi Qaysi Badamdar şossesində, 129 saylı binanın qarşısında İran istehsalı olan “Sipa Tiva” markalı avtomobillə vurulub. Avtomobili Bakı şəhər sakini Zaur Rzayev idarə edirmiş. Nəticədə diplomatın oğlu SOS klinikasına aparılıb və orada ona tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. İnsidentlə bağlı araşdırma aparılır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button