Hadisə
Tərtər sakini minaya düşərək həlak oldu
Azərbaycanlı, Laçından olan məcburi köçkün minaya düşüb.
Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə təmas xəttinə yaxın, Həsən Qaya adlanan ərazidə qeydə alınıb.
Laçın rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Ramin Baloğlan oğlu Şaluxov qoyun otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.