Hadisə

Xırdalanda yol polisləri qəzaya düşdü: yaralanan var

Xırdalanda yol polisləri qəzaya düşdü: yaralanan varAbşeron rayonunda yol patrul xidmətinin əməkdaşları qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə zamanı bir polis əməkdaşı yaralanıb. Qəza Xırdalan şəhərində qeydə alınıb. 25 yaşlı polis Yusifli Tural Elşad oğlu xidməti maşını ilə qəza törədib.

Qəza zamanı xəsarət alan T.Yusifli təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Kəllə-beyin tramvası ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tibbi yardım göstərib.

Xəstəxanadan verilən məlumata görə, hazırda yol polisinin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button