Hadisə

Müğənni Rüfət Axundov qəzaya düşdü: yaralı var

Müğənni Rüfət Axundov qəzaya düşdü: yaralı varMüğənni Rüfət Axundov qəzaya düşüb.

Aznews.az xəbər verir ki, Binəqədi rayonu ərazisində baş verən hadisəyə başqa sürücü səbəb olub. Belə ki, nömrə nişanı bəlli olmayan VAZ 21-07 markalı avtomobil idarəetməni itirərək, əvvəlcə müğənninin idarə etdiyi “Toyota” markalı avtomobilə çırpılıb, daha sonra isə yaxınlıqdakı dayanacaqda avtobus gözləyən bir şəxsə dəyib. Həmin şəxs bərk əzilib və Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Məlum olub ki, VAZ 21-07 markalı avtomobilin sürücüsü Səxavət adlı şəxsdir. Hadisə şahidlərinin sözlərinə görə, o, Biləcəridə yerləşən DYP-nin cərimə meydançasının (Binəqədı,Xarici Dairəvi,3123) nəzarətçisidir.

Rüfət Axundov xəbəri təsdiqləyib. O, sayta bilidirb ki, qəza iki gün öncə olub: “Hadisə qəfildən oldu. Mənim avtomobilimə çox da ziyan dəyməyib”.

Müğənni hadisənin təfərrüatlarını danışmaqdan boyun qaçırıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button