Hadisə

Seymur Həzinin məhkəməsi: iki şahid dindirilib

Seymur Həzinin məhkəməsi: iki şahid dindirilibDekabrın 18-də Abşeron Rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib.

“Media forum” saytına danışan vəkil Adil İsmayılov deyib ki, Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda Seymur Həzi də iştirak edib: “İki şahid dindirildi. Şahidlər ifadələrində Məhərrəm Həsənovla Seymur Həzinin davasına aid heç nə görmədiklərini dedilər. Proses dekabrın 26-da davam edəcək”.

Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Seymur Həzi Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. Hakimiyyət təmsilçiləri bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını vurğulayır.

32 yaşlı Seymur Həzi “Azadlıq” qəzetinin, xaricdən

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button