Idman

Əfsanəvi Məhəmməd Əli xəstəxanaya yerləşdirildi

Əfsanəvi Məhəmməd Əli xəstəxanaya yerləşdirildiƏfsanəvi amerikalı boksçu Məhəmməd Əli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qafqazinfo.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NBC idmançının yaxınlarına istinadən məlumat yayıb.

Onun vəziyyətində ciddi təhlükənin olmadığı bildirilir. Həkimlərin sözlərinə görə, 72 yaşlı boksçu yaxın günlərdə evə yazılacaq. Məhəmməd Əlinin hansı xəstəxanada yatdığı haqqında heç bir məlumat verilmir.

Dünya şöhrətli idmançı öz karyerası boyunca 61 oyun keçirib. Onlardan 56-sında qalib gələn Məhəmməd Əli 37-i oyunu rəqibinin nakautu ilə başa vurub.

Qeyd edək ki, idmançı 1984-cü ilədn bəri Parkinson xəstəliyindən əziyyət çəkir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button