Idman

“Qarabağ” uğurlu transferə hazırlaşır

“Qarabağ” uğurlu transferə hazırlaşır
Bu il Avroliqada uğurlu çıxışı ilə yadda qalan Ağdamın “Qarabağ” klubu qış transfer pəncərəsində yeni futbolçular cəlb etməyə hazırlaşır.

Axar.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanov klub rəhbərliyinə xarici ölkə çempionatlarında çıxış edən bir neçə oyunçu təklif edib.

Bu oyunçular arasında Türkiyə millisində və “Qalatasaray” klubunda forma geyən 23 yaşlı Əmrə Çolak da var. Əldə etdiyimiz məlumata görə, Ağdam klubu artıq sarı-qırmızılarla danışıqlara başlamaq üzrədir.

Bildirək ki, bacarığı ilə bir çox klubların diqqət mərkəzində olan Əmrə Çolak 2011-2012, 2012-2013 ölkə çempionatının, 2012-2013-cü ildə Türkiyə Super Kubokunun, 2013-2014-cü ildə isə Türkiyə Kubokunun qalibidir.

Q.Qurbanov isə ANS-ə açıqlamasında bayramla əlaqədar hələ heç bir addım atmadıqlarını, bayramdan təkliflər paketi ilə qayıdacağını bildirib.
“Qarabağ” uğurlu transferə hazırlaşır

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button