Idman

Futbolun qaydaları dəyişir, ağ kart da olacaq

Futbolun qaydaları dəyişir, ağ kart da olacaqUEFA prezidenti Mişel Platini futbolda ağ kart ideyasını bu gün – dekabrın 28-də yenidən səsləndirib. Onun bu ideyası ilk dəfə oktyabrda işıq üzü görmüş və sərt tənqidlə üzləşmişdi.

Platini bu gün Dubayda idman konfransında deyib ki, xəbərdarlıq olan sarı kart və oyundan tamam çıxardan qırmızı kart qalacaq, ancaq ağ kart göstərməklə kobudluğa görə oyunçunu müvəqqəti olaraq 5-10 dəqiqəliyə oyundan çıxartmaq olar. Platini deyib ki, bu qayda reqbi kimi başqa idman növlərində mövcuddur.

UEFA prezidenti həmçinin təklif edir ki, oyundankənar vəziyyət qaydası sadələşdirilməlidir. Onun fikrincə, qayda sadə olmalıdır ki, televiziya qarşısındakı daha çox tamaşaçı bu qaydanı anlasın.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button