Idman

Qurban Qurbanov Fransada iddialı danışdı

Qurban Qurbanov Fransada iddialı danışdı\”Rəqibə hörmət edirəm. \”Sent-Etyen\”in möhkəm müdafiəsi, yaxşı komanda oyunu və fərdi güclü futbolçuları var. Rəqibimiz nadir hallarda qol buraxır. Bizim üçün çətin olacağını bilirik və həm də matç maraqlı keçəcək\”.

ANS PRESS-in məlumatına görə, bu sözləri \”Qarabağ\”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində \”Sent-Etyen\”lə qarşılaşacaq \”Qaradağ\”ın çalışdırıcısı bu gün Fransada mətbuat konfransı keçirib. Qurbanovu üstünlyün rəqib tərəfdə olacağını bildirib: \”Rəqibin üstünlyü var. \”Sent-Etyen\” Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq\”.

Baş məşqçi 1/16 final şanslarından danışıb: \”Növbəti mərhələyə çıxmaq üçün bizə nə qədər xal lazım olduğunu bilmirəm. Amma hələ 1/6 finala xal baxımından gücümüz çatmır. Bu, bizim xəyallarımıza mane olur. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna da məcburuq\”.

Qurbanov heyətdəki itkilərin hazırlığa təsir etdiyini deyib: \”Bəzi aparıcı futbolçularımız zədəlidi. Əlimdə seçim imkanı azdı. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdu. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button