Idman

Qurban Qurbanovun oğlu millimizdə dubl etdi

Qurban Qurbanovun oğlu millimizdə dubl etdi
Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub.

Azərbaycan millisi 3-cü – sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.

Oyun Bosniya və Herseqovina yığmasının 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) yenilən U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button