Idman

Çempionlar Liqası: finalda “Real”ın rəqibi “Liverpul” oldu

Çempionlar Liqası: finalda “Real”ın rəqibi “Liverpul” oldu
UEFA Çempionlar Liqasının son yarımfinal oyunu keçirilib.

İtaliyanın “Olimpiko” stadionunda “Roma” klubu “Liverpul”u qəbul edib. Hesab 4:2 İtaliya klubunun xeyrinə başa çatıb.

Meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsü ələ alsalar da, ingiltərəlilər əks hücum təşkil edərək 9-cu dəqiqədə hesabı açıblar. Fərqlənən Sadyo Mane olub. Oyunun 15-ci dəqiqəsində fərqlənən yenə də “Liverpul” olub, ancaq bu dəfə Ceyms Milner qolu öz qapısına vurub.

Qonaqlar oyunun 25-ci dəqiqəsində ikinci qolu vurublar, bu dəfə Corcinyo Veynaldum fərqlənib.

İkinci hissənin əvvəllərində, oyunun 52-ci dəqiqəsində Edin Dzeko hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına 4 dəqiqə qalmış isə Radja Nainqolan “Roma”nı bir qədər ümidləndirib – 3:2. Bu qoldan bir neçə dəqiqə sonra, oyunun əlavə olunmuş dəqiqələrində “Liverpul”un qapısına penalti təyin olunub. Radja Nainqolan bu zərbəni dəqiq yerinə yetirsə də, bu “Roma” üçün yetərli olmayıb.

Xatırladaq ki, İngiltərədə komandalar arasında keçirilən ilk oyun “Liverpul”un 5:2 hesablı qələbəsi ilə bitmişdi.

Beləliklə, UEFA Çempionlar Liqasının finalında “Real Madrid” və “Liverpul” komandaları qarşılaşacaqlar. Final matçı mayın 26-da Kiyevdə keçiriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button