Idman

Ronaldo qərarını verdi – gedir

Ronaldo qərarını verdi - gedir
\”Real\”ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmağa qərar verib.

Qol.az-ın \”Record\”a istinadən yaydığı xəbərə görə, onun qərarının qəti olduğu idda olunur. Bildirilib ki, klub prezidenti Florentino Peres portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə onun maaşla bağlı tələbini yerinə yetirə bilməyəcəyini çatdırıb. Peresin onu aldatdığını hesab edən Ronaldo klubdan ayrılmaq qərarına gəlib. Çünki bundan əvvəl \”Real\” 33 yaşlı oyunçu ilə müqavilənin yaxşılaşdırılması ilə bağlı razılığa gəlmişdi.

Qeyd edək ki, Ronaldonun ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istədiyi iddia olunurdu. O, hazırda Madrid klubunda ilinə 21 milyon avro qazanır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button