Idman

Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə

Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə
“Çox çətin rəqiblə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun “Facebook” səhifəsinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Q.Qurbanov bildirib ki, Sloveniya çempionu “Olimpiya”nı güclü rəqib hesab edir: “Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.

Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button