Idman

Almaniya oyunu satıb, yoxsa…? – Yoahim Löv qrupda qalmalarından danışdı

Almaniya oyunu satıb, yoxsa…? – Yoahim Löv qrupda qalmalarından danışdı
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Cənubi Koreyaya qarşı keçirilən matçda komandanın 0:2 hesabı ilə məğlub olmasına münasibət bildirib. Bu nəticəyə əsasən Almaniya millisi dünya çempionatları tarixində ilk dəfə olaraq qrupda qalıb.

“Əlbəttə ki, 1/8 finala çıxa bilmədiyimizə çox məyusuq. Rəqib komandanı təbrik edirik.Yenidən dünya çempionu olmağa layiq deyildik, heç pley-off-a düşməyə belə layiq deyildik”, – deyə 58 yaşlı mütəxəssis bildirib.

Löv qeyd edib ki, yetirmələri real qol anlarından soyuqqanlı şəkildə yararlana bilməyib.

Ancaq bəzi idman ekspertləri Almaniyanın oyunu Bukmeker şirkətlərinə satdığı düşüncəsindədir. Lövün həlledici oyuna əsas heyətin bir sıra oyunçularını ehtiyatda saxlayaraq başlaması da bu ehtimalı artırır.
Nəzərə alaq ki, Almaniyanın uduzmasından Bukmeker şirkətləri 10 milyardlarla vəsait qazanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button