Idman

Ronaldo ilin futolçusu seçildi

Ronaldo ilin futolçusu seçildiBu saatlarda 2014-ci ilin ən yaxşı futbolçusu, ilin ən yaxşı məşqçisi və ilin ən yaxşı qapıçısı bəlli olub.

İsveçrənin Sürix şəhərində keçirilən səsvermədə səslərin 37.66 faizini -toplayan Portuqaliya millisinin və Madrid \”Real\”ının ulduz futbolçusu Kristiano Ronaldo ilin ən yaxşısı seçilib. Səslərin 15.76 faizini Lionel Messi (\”Barselona\” və Argenrina millisi), 15.76 faizini isə Manuel Noyer (\”Bavariya\” və Almaniya millisi) toplayıb.

Digər mükafatlara gəldikdə isə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib. Namizədlər arasında Y.Lövlə yanaşı Karlo Ançelotti (\”Real\”) və Dieqo Simeone (\”Atletiko\”) da var idi.

Ən yaxşı qol üçün nəzərdə tutulan Ferents Puşkaş mükafatı 2014-cü il dünya çempionatında 1/8 finalda Uruqvaya vurduğu möhtəşəm qolla Hames Rodrigesə verilib. Ən yaxşı qadın baş məşqçi titulunu Almaniyanın gənclər komandasının baş məşqçisi Maren Maynert qazanıb. Ən yaxşı qadın futbolçu adına isə \”Volfsburq\”un (Almaniya) oyunçusu Nadine Kessler layiq görülüb.

Beləliklə, siyahıdan da göründüyü kimi, ilin futboluna almanlar damğa vurub.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button