Idman

Mourinyo futbol tarixinin ən yaxşısı seçildi

Mourinyo futbol tarixinin ən yaxşısı seçildiLondonun \”Çelsi\” klubunun portuqaliyalı baş məşqşisi Joze Mourinyo ölkəsində mükafatlandırılıb.

Xəbərə görə, o, Portuqaliya Futbol Federasiyasının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə ölkəsinin futbol tarixinin ən yaxşı məşqçisi seçilib.

\”100 ilin məşqçisi\” mükafatına layiq görülən J.Mourinyo bildirib ki, məşqçi karyerası ərzində önəmli uğurlarını \”Portu\” ilə qazanıb: \”Mənim ən böyük uğurum \”Portu\” ilə Çempionlar Liqasının kubokunu qazanmağımız olub. Çünki öz ölkəmin komandasında işləyirdim. Həmin vaxt Çempionlar Liqası üçün heyətimizdə 9 portuqaliyalı futbolçu var idi. Bu gün də Portuqaliya klublarında yerli futbolçuların daha çox olmasını istəyirəm\”.

Xatırladaq ki, Portuqaliya futbol tarixinin ən yaxşı futbolçusu isə Kriştiano Ronaldo seçilib. Qeyd edək ki, tədbirdə FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də iştirak edib (qol.az).

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button