Idman

\”Azərbaycanla oyunu sona qədər qapalı müdafiəyə qarşı keçirəcəyik\”

"Azərbaycanla oyunu sona qədər qapalı müdafiəyə qarşı keçirəcəyik"“Uşaqların seçmə mərhələni uğurlu nəticə ilə bitirməsini gözləyirəm. Yəqin ki, bütün oyunu qapalı müdafiəyə qarşı keçirəcəyik. Amma komandamızın bunun öhdəsindən gələcəyinə inanıram”.

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik Avro-2020-nin seçmə mərhələsində yığmamızla keçiriləcək oyun haqda danışarkən deyib.

O, yerli mətbuata müsahibəsində millimizlə görüşün əvvəlcədən nəzərdə tutulduğu kimi başqa şəhərdə deyil, Trnavada keçirilməsinin səbəbini izah edib:

“Baş məşqçimiz Pavel Hapal futbolçularla görüşdükdən sonra daha keyfiyyətli stadionda oynamaq istədiklərini bildirdi. Daha əvvəl matçın Bratisavada keçirilməsinə qərar vermişdik. Lakin Azərbaycan tərəfinə fikir dəyişikliyimizi çatdırdıq, onlar da heç bir problemin olmadığını vurğuladı. Buna görə də UEFA-ya müraciət etdik. Rəqibin müdafiədən oynadığını nəzərə alsaq, yaxşı meydanda çıxış etməyimiz çox vacibdir. Yaradıcı oyun göstərməli olacağıq”.

Qeyd edək ki, millimiz Slovakiya ilə noyabrın 19-da səfərdə qarşılaşacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button