Əfran İsmayılov: \”Sevilya\”dan xal almaq mümkünsüz deyil\”
“Bu gecə hamımızın ürəyi \”Qarabağ\”la döyünəcək. İspaniyada əldə olunacaq nəticə təkcə komandanın özü üçün deyil, bütün Azərbaycan futbolu adına çox böyük uğur olacaq\”.
Bunu apasport.az saytına \”Keşlə\”nin futbolçu Əfran İsmayılov deyib.
31 yaşlı yarımmüdafiəçisi bu gün Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) oyunu ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, gərgin mübarizəyə rəğmən, uğurlu nəticəyə ümid edir: \”Qarabağ\” APOEL-lə müqayisədə üstünlük əldə etmək üçün bir xal qazanmalıdır. Son oyunda da qalib gəlmək lazım gələcək ki, qrupdan çıxsın. Komandamızı çox ağır sınaq gözləyir. Son oyunda üstünlüklərini əldən verməklə özlərini çətin vəziyyətə salıblar. \”Sevilya\” bizə yuxarıdan aşağı baxır. Qrupun aşkar favoritidir, evdə oynayır. Ancaq \”Sevilya\”dan xal almaq mümkünsüz deyil. Futbolda hər şey olur. Qurban Qurbanovun komandası axıra qədər vuruşacaq\”.
Sabiq \”Qarabağ\”a bir sıra məsləhətlər verməyi də özünə borc bilib: \”Qurban müəllim bu vəziyyətdə nə etmək lazım olduğunu hər kəsdən yaxşı bilir. 0:0 hesabı da bizə 1 xal qazandıracaq. Əgər mütləq qol vurmaq lazım gəlsəydi, hardasa, risk etməli olacaqdıq. Amma indiki vəziyyətdə maksimum səbirli olmaq lazımdır. İrəli atılmağa ehtiyac yoxdur. Səbir edib öz zamanını gözləməlisən. Təbii ki, ələ düşən imkandan da maksimum yararlanmaq lazımdır. Fikrimcə, \”Sevilya\” hücuma daha çox aludə olacaq. Düzdür, onlar da vəzifənin öhdəsindən gəlib. Amma öz azarkeşləri qarşısında oynadıqlarına, həm də statuslarına görə tez-tez hücum edəcəklər. Bundan qorxmamalıyıq. \”Qarabağ\” yaxşı müdafiə olunan komanda deyil, amma top saxlamağı çox yaxşı bacarırlar. Təmsilçimiz üslubuna sadiq qalıb aqressiya nümayiş etdirməməli, əksinə, tempi aşağı salmalıdır\”.
Ə.İsmayılov vaxtilə \”Atletiko\”dan xal alan \”Qarabağ\”la indikini müqayisə etmək istəməyib: \”O vaxtkı komandada mən də var idim. Deyə bilmərəm, həmin \”Qarabağ\” daha güclü idi, yoxsa indiki. Hər dövrün öz şərtləri var. İndi də komandada səviyyəli futbolçular var. Düzdür, biz Çempionlar Liqasının qrupunda oynamışıq. Amma bu \”Qarabağ\” Avropa Liqasında qrupdan çıxmağa çalışır. Bu sınaqdan da çıxsalar, növbəti ilkə imza atacaqlar. \”Qarabağ\”ın bunu bacaracağına və futbol ictimaiyyətini sevindirəcəyinə inanıram\”.