Idman

Hollandiyanın məşhur klubu “Qarabağ”ın futbolçusuna “elçi düşdü”

Hollandiyanın məşhur klubu “Qarabağ”ın futbolçusuna “elçi düşdü”İcarə əsasında cari mövsümün ilk yarısını \”Qarabağ\”da keçirən qapıçı Asmir Beqoviç üçün daha bir klub “elçi düşüb”.

PSV (Hollandiya) futbolçu ilə maraqlanır.

Eyndhoven təmsilçisi 32 yaşlı qolkiper üçün onun müqavilə ilə məxsus olduğu \”Bornmut\” klubu ilə danışıq aparmaq niyyətindədir.

Təcrübəli əlcək sahibi ilə maraqlananlar içində \”Vest Hem\”, \”Birmingem\”, \”Stok Siti\” və \”Derbi Kaunti\” klubları da var. Lakin Ağdam təmsilçisi də onu komandada saxlamaq fikrindədir.

Qeyd edək ki, Asmir Beqoviç Azərbaycan Premyer Liqasında keçirdiyi 10 oyunda qapısında 5 top görüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button