“Danışıqlarımız müsbət nəticələnməyib” – “Qarabağ”dan Almeyda açıqlaması
Xəbər verdiyimiz kimi, Riçard Almeyda Qazaxıstan mətbuatına açıqlamasında \”Qarabağ\”dan ayrılacağını deyib. Braziliyalı futbolçunun klubun təklif etdiyi məbləğlə razılaşmadığı üçün bu addımı atdığı da deyilir.
\”Yeni Sabah\” məsələnin doğruluğunu bilmək üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb. Klub rəsmisi açıqlamasında 30 yaşlı yarımmüdafiəçi ilə danışıqların getdiyini, lakin ortaq məxrəcin olmadığını söyləyib:
\”Hal-hazırda ölkəsinə gedib, istirahət edir. Hazırda onunla müqavilə imzalanmayıb, danışıqlar gedir. Düzdür, danışıqlarımız müsbət nəticələnməyib. Yəqin ki, önümüzdəki günlərdə məsələyə aydınlıq gələcək.
Danışıqlar içində təbii ki, maddi məsələlər də var. Amma burada ortaq məxrəcə hələ ki, gəlməmişik\”.