Idman

AFFA Şenol Günəşi təkzib edib

AFFA Şenol Günəşi təkzib edibAzərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.

Apasport.az saytının məlumatına görə, bunu AFFA açıqlayıb.

Qurumun yaydığı məlumata əsasən, hazırda AFFA və TFF arasında danışıqlar aparılır. Bildirilir ki, qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Hərçənd Türkiyə millisinin baş məşqçisi Şenol Günəş mətbuata verdiyi açıqlamada məsələnin dəqiqləşdiyini bildirib. Onun sözlərinə görə, qarşılaşma mayın 26-da Antalyada baş tutacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button