Idman

“Bəli, “Barselona”dan təklif almışdım” – Xavi

“Əl-Sədd”in baş məşqçisi Xavi Hernandez “Barselona”nı çalışdırmaqdan imtina edib.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib:

“Bəli, mən həqiqətən də “Barselona”dan təklif almışdım, amma onu qəbul etmədim. Çünki “Barselona”da işləməyin mənim üçün hələ tez olduğunu düşündüm. . Ancaq bu mənim gələcəkdəki xəyalım olaraq qalacaq.

Birinci növbədə mən öz qərarımı ailəmə bildirdim,  sonra “Əl-Sədd”in oyunçularına. Çünki onlar hadisələrin inkişafını izləyirdilər. Üç gün idi ki, bu söz-söhbətlərə görə komandamdan kənarda idim. İndi isə yenidən “Əl Sədd”dəyəm. Hər şey öz qaydasındadır”.

Qeyd edək ki, baş məşqçi Ernesto Valverdeni istefaya göndərən Kataloniya klubu onu Kike Setyenlə əvəzləyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button