Idman

“Gələn mövsüm “Arsenal”da qalacağam” – Özil

“Arsenal”ın futbolçusu Mesut Özil komandadan ayrılacağı haqda yayılan xəbərləri təkzib edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “topçular”da oynamaqdan məmnun olduğunu və burada qalmaq istədiyini deyib:
 
“Müqaviləm var və çox məmnunam. Bu mövsüm və növbəti mövsüm də burada qalacağam. Gələcəkdə nə olacağını bilmirəm. Həyəcanla gözləyirəm. Mikel Arteta “Arsenal”a özünəməxsus üstünlüklər qatır- mübarizə, topa sahib olma, oyuna nəzarət. O, yaxşı işləyir, hamı sevinir. Bizə uğur gətirir”.

Qeyd edək ki, M.Özil bu mövsüm Premyer Liqada 12 oyuna çıxaraq 1 qol ötürməsi verib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button