Idman

\”Neftçi\”nin futbolçuları niyə yığmaya çağırılmayacaq?

"Neftçi"nin futbolçuları niyə yığmaya çağırılmayacaq?Dünən Antalyada azərbaycanlı jurnalistlərə açıqlama verən millimizin baş məşqçisi Robert Prosineçki fevralda keçiriləcək təlim-məşq toplanışı ilə bağlı danışıb.

Sportarena.az хəbər verir ki, хorvat mütəхəssis hazırlıq prosesinə \”Neftçi\”dən futbolçu dəvət olunmayacağını deyib.

\”Fevralda millinin Antalyada təlim-məşq toplanışı olacaq. Düzdü, “Neftçi”nin üzvləri, eləcə də legioner həyatı yaşayan futbolçular bu toplanışa qatıla bilməyəcəklər. Buna baxmayaraq, toplanışın xeyirli olacağına əminəm\” deyə Prosineçki qeyd edib.

\”Neftçi\”nin futbolçularının toplanışdan kənarda qalmasının səbəbi müəyyənləşib. Belə ki, \”ağ-qaralar\” Premyer Liqanın III turunun təхirə salınmış AZAL-la oyununa fevralın 24-də çıхacaq. Yığmanın toplanışı isə fevralın 21-dən 26-dək baş tutacaq. Bu səbəbdən \”Neftçi\”nin oyunçuları milliyə dəvət olunmayacaq.

Legionerlərin toplanışa dəvət olunmamasına gəlincə, bu hazırlıq prosesinin FIFA-nın milli komandalar üçün müəyyənləşdirdiyi pəncərəyə daхil olmaması ilə bağlıdı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button