Idman

HAKAN ŞÜKÜR: “Nahaq siyasətə qoşuldum, bu hər şeyi korladı…”

FETÖ-yə (Fethullahçı Terör Örgütü) üzv olmaqda ittiham edilən Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hakan Şükür bununla bağlı sensasion açıqlama verib.

2011-ci ildə parlament seçkilərinə qatılan keçmiş hücumçu siyasətə qoşulduğuna görə peşman olduğunu söyləyib:

“Siyasətə girməyi heç istəmirdim. Mənə təzyiqlər oldu. İndi isə çox peşmanam. Futbolçu karyeramı bitirdikdən sonra məşqçilik etmək niyyətində idim. Bunun üçün məşqçilik lisenziyası da aldım. Qətiyyən siyasətə daxil olmağı düşünmürdüm. Çox israr etdilər, məcbur qaldım. Futbol layihələrini ölkə miqyasında genişləndirməyi düşünürdüm. Seçildikdən sonra bunun mümkün olmadığını anladım. Əslində siyasət bizim şöhrətimizdən, imicimizdən istifadə etdi, ziyan vurdu. Onu korladı. Təəssüf ki, bunu çox gec anladım”.

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə maddi dəstək verdikləri iddiası irəli sürülüb.

H.Şükürün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub. “Silahlı terror təşkilatına üzv olmaq” itithamı ilə Şükürün 7,5 ildən 15 ilədək həbsi istənilir. Sabiq forvard ABŞ-da “Uber” taksi şirkətində çalışır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button