Idman

Arda Turan hakimə ayaqqabı tulladı (VİDEO)

Arda Turan hakimə ayaqqabı tulladı (VİDEO)
İspaniya kubokunda 1/4 finalın cavab oyunları mərhələsində üz-üzə gələn \”Atletiko\” \”Barselona\” qarşılaşmasında maraqlı məqamlar olub.

ANS PRESS-in məlumatına görə, “Visente Kalderon” stadionunda katalonları qəbul edən madridlilərin oyunda bəxti gətirməyib.

Gərgin şəraitdə keçən matçın 47-ci dəqiqəsində “Atletiko”nun məşhur türk futbolçusu Arda Turan rəqibi ilə mübarizədən sonra oyunu dayandırmaq qərarı gözləsə də hakimin “davam” işarəsi verməsi onu özündən çıxarıb.

Əsəbiləşən Arda Turan ayağından çıxardığı butsusun əlinə alaraq köməkçi hakimlərin olduğu tərəfə atıb. Atılan butsu hakimi keçərək arxadakı təhlükəsizlik işçisinə dəyib, hakim isə onun bu hərəkətindən sonra oyunu dayandırıb və futbolçuya sarı kart göstərib.

Qeyd edək ki, matç 3:2 hesabı ilə “Barselona”nın xeyrinə başa çatıb.

\”Atletiko\” (Madrid) – \”Barselona\” – 2:3
Qol:Torres, 1 (1:0), Neymar, 9 (1:1), Qarsia, 30 (2:1), Miranda, 38-avtoqol, (2:2) Neymar, 41 (2:3)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button