Idman

Məşhur qapıçı: \”\”Ararat\” bir qol buraxmağım üçün 3 min rubl rüşvət verdi\”

Məşhur qapıçı: ""Ararat" bir qol buraxmağım üçün 3 min rubl rüşvət verdi"SSRİ futbolunun ən tanınmış qapıçılarından olan Vyaçeslav Çanov Rusiyanın \”Sport-Ekspress\” qəzetinə müsahibə verib. 63 yaşlı sabiq əlcək ustası \”Neftçi\”dəki mövsüm, habelə \”Ararat\”dan rüşvət təklifi barədə də danışıb.
Çanovun müsahibəsinin maraqlı hissələrini təqdim edirik.
– \”Torpedo\”da oynayarkən \”Ararat\”dan rüşvəti kim vermişdi?
– Erməni tanışlarımız evə gəlmişdilər. Mən bazada idim. Lyuda evə buraxmışdı. Onlar da bükülünü yastığın altına qoymuşdular. Onlar gedəndən sonra divanın üstündəki yastığın altından tapdım.
– Nə qədər idi?
– 3 min rubl. Özü də məğlubiyyətə görə yox, sadəcə bir top buraxmağıma görə.
– Bir topla iş bitirdi?
– Düşünürəm ki, \”qara bazar\”da pul qoyuluşu etmişdilər. Həyat yoldaşıma \”sabah pulu stadiona gətir\” dedim. Özüm isə oyundan əvvəl hər şeyi baş məşqçimiz Valentin İvanova olduğu kimi nəql etdim. Ancaq sonra Kuzmiç söhbəti elə fırlatdı ki, guya pulu götürmək istəmişəm. Həqiqətdə isə hələ oyundan öncə həmin işbazları görüb pulu geri qaytarmışdım. Qol buraxacağımdan və bundan sonra müxtəlif söz-söhbətlərin başlayacağından çox qorxurdum. Ancaq xoşbəxtlikdən \”Torpedo\” 2:0 qalib gəldi. Bundan sonra analoji təkliflərlə üzləşmədim.
– 1976-cı ildə İrəvanda \”Torpedo\”nun oyunu \”Ararat\”a verərək \”Spartak\”ın 1-ci dəstəyə yuvarlanmasını təmin etməsi barədə eşitməmiş olmazsınız…
– Bildiyimə görə, həmin oyun \”Ararat\”a verilməyib. \”Torpedo\”ya deyilmişdi ki, pulu götürməsəniz, hakimləri ələ alacağıq. O vaxt \”Ararat\” da güclülər dəstəsini tərk edə bilərdi. İrəvanda komandanın 1-ci liqaya yuvarlanmaması üçün hər şey etmişdilər.
– \”Ararat\”a qarşı \”Neftçi\”nin heyətində də unudulmaz oyununuz olub…
– Bakı Şəhər Partiya Komitəsinin I katibi Musayev (AFFA-nın sabiq prezidenti Fuad Musayevi nəzərdə tutur-red.) bizi toplayaraq oyunun təxirə salınmasını təklif etdi. Komandanın kapitanı İsgəndər Cavadov \”Gəlin oynayaq. Xeyli vaxtdır toplanışdayıq, futbolçular oyuna kökləniblər\” dedi. Oyunun sonlarına yaxın \”Ermənikənd bazarı\”nın (indiki Nəsimi bazarı-red.) ətrafındakı ermənilərin yaşadığı ərazini dağıtmaq haqda vərəqələr paylanmağa başladı. Və bu anda – görüşün 88-ci dəqiqəsində Maşallah Əhmədov qol vurdu – 1:0! Azarkeşlər bayram edirdi, biz isə paltardəyişmə otağına suyumuz sıxılmış vəziyyətdə gəldik. Sanki bir vaqon yük boşaltmışdıq. Üzümü Cavadova tutaraq \”Necəsən, İsgəndər?\” sualını verdim. O da mənə \”Vay, Slava, evə aparan olaydı kaş\” cavabını verdi. İkinci dövrədə İrəvandan ölüm-zülümlə çıxdıq.
– 0:0 oynadınız?
– Elədir ki, var. \”Razdan\”dan çıxanda avtobusumuzu daş atəşinə tutdular. Bütün şüşələri qırmışdılar. Çantalarımızla başımızı qoruyurduq. Analoji halla Kutaisidə də rastlaşmışdıq.
– \”Torpedo\”dan ayrılığınız asan alınmayıb.
– Hə. İvanov tərs adam idi. Hansı futbolçunun səviyyəsinin qalxdığını görürdüsə, onu \”dəfn\” edirdi. Üstəlik \”Torpedo\” rəhbərliyi də vidalaşmaq istəyərkən problemlər yaratdı. Yalnız Heydər Əliyevin müdaxiləsindən sonra dilləri qısaldı və mən \”Neftçi\”yə keçdim (ANS PRESS).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button