Idman

Tərlan Əhmədovdan \”tilsim\”li açıqlama: \”Stadion lənətlənmişdi…\”

Tərlan Əhmədovdan "tilsim"li açıqlama: "Stadion lənətlənmişdi..."344 gündən sonra Şüvəlanda qələbə qazanan AZAL “tilsim\”i qırdı. İlin son ev oyununda “Sumqayıt” üzərində 3:2 hesablı qələbə qazanan “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov baş məşqçi postunda yetirmələrinin ilk ev qələbəsini gördü. Çalışdırıcı oyundan sonra Fanat.az-a açıqlama verib:

“Əlbəttə, tilsimi qırdığımıza görə çox şadam. Əslində xurafata inanan adam deyiləm. Əksinə mömin insanam, dini kitablar oxumaq hobbimdi. Ancaq sonuncu dəfə ötən ilin dekabrında Vaqif Sadıqovun rəhbərliyi altında “Neftçi”ni yenən AZAL-ın evdə qələbəyə həsrət qalması çox təəccüblü idi. Dəqiq bilirəm ki, nəfs və göz deyilən şeylər var. Sindrom uzandıqca istər-istəməz insanda fərqli fikirlər formalaşır, kənardan o qədər danışırlar ki, adam xurafata meyllənir. Sanki stadion lənətlənmişdi, yaxşı oynadığımız matçlarda da sonluğu gətirə bilmirdik. Şükürlər olsun ki, hər şey geridə qaldı. Qarşıda çətin oyunlarımız var, hazırlaşmalıyıq. Bu il öz meydanımızda keçirdiyimiz son oyunda qələbə qazanmağımız yerinə düşdü”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button