Idman

Prosineçki: \”İlə 1,5 milyon avro söhbəti düz deyil, hələ danışıqlar gedir”

Prosineçki: "İlə 1,5 milyon avro söhbəti düz deyil, hələ danışıqlar gedir”“Baxdığım oyunların maraqlı keçdiyini deyə bilərəm. Amma dəyişdirilməsi vacib olan müəyyən problemlər var. Məsələn, elə epizodlar oldu ki, həmin an futbolçular daha yaxşı oynaya bilərdilər”.

Bunu apasport.az saytına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlərdən olan Robert Prosineçki deyib. O, Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi”-“Qəbələ” matçını izləyib.

R.Prosineçki deyib ki, Azərbaycanda olduğu müddətdə “Xəzər Lənkəran”-“Neftçi”, “Bakı”-“İnter” və “Neftçi”-“Qəbələ” oyunlarını izləyib: “Düzdür, üç görüş azdır, amma oyunlar məni qane edir. Hakim səhvlərinə gəlincə isə ciddi səhvlərə yol verdiklərini görməmişəm. Əlbəttə, xırda səhvlər var ki, bu da bütün çempionatlarda olur. Bu cür kiçik səhvlərdən qaçmaq mümkün deyil. Ümumi götürdükdə hələlik gördüklərim normaldır”.

Prosineçki deyib ki, Azərbaycan yığmasında bir ilə 1,5 milyon avro qazanacağı barədə yazılanlar düzgün məlumat deyil: “Hazırda AFFA ilə danışıqlar aparıram. Danışıqlar davam edir”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button