Idman

Futbolçu anasının koronavirusdan öldüyünü təkzib etdi – “Xəstəydi…“

“Anam bir müddət idi xəstəlikdən əziyyət çəkirdi”.

“SAVAŞ” xəbər verir ki, bunu apasport.az-a bu gün anası rəhmətə edən “Sabah”ın yeni transferi Amin Seydiyev deyib.

Futbolçunun anası 58 yaşında vəfat edib. “Qəbələ”dən paytaxt klubuna keçən gənc müdafiəçi anası Şəhla xanımın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini vurğulayıb:

“Anamın koronavirusdan vəfat etməsi barədə iddialar var. Ancaq bu, heç də belə deyil. Anamda koronavirus xəstəliyi aşkarlanmayıb. Həm onun, həm də bizim testimizin cavabı mənfi çıxıb. Sadəcə, xəstəliyi var idi, ondan rəhmətə gedib”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists