Idman

Yığmamız Almaniya və Rusiya ilə eyni qrupa düşdü

Yığmamız Almaniya və Rusiya ilə eyni qrupa düşdüBu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Sportarena.az xəbər verir ki, final mərhələsi 2017-ci ildə Polşada baş tutacaq yarışa 12 vəsiqə uğrunda mübarizə aparacaq 52 komanda 9 qrupa bölünüb. Bunlardan 7-də 6, 2-də 5 komanda yer alıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisi də rəqiblərini tanıyıb. Yaşar Vahabzadənin yetirmələri VII qrupa düşüb.

6 komandalı qrupda mübarizə aparacaq millimiz Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adalarına rəqib olub. Martın 23-də başlayacaq seçmə mərhələdəki oyunların təqvimi yaxın zamanda müəyyənləşəcək.

Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan 9 komanda Polşadakı final mərhələsinə vəsiqə qazanır. İkinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-offda daha iki vəsiqə uğrunda mübarizə aparacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button