Idman

Ermənistan azərbaycanlı futbolçudan imtina etdi

Ermənistan azərbaycanlı futbolçudan imtina etdiErmənistanın “Uliss” klubu azərbaycanlı futbolçu Şamil Qurbanovun kluba transfer olunması ilə bağlı söhbətlərə aydınlıq gətirib.

Savash.org-un məlumatına görə, bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir.

Klubun açıqlamasına görə, rəhbərlik Şamil Qurbanova müqavilə təklif etməyi düşünməyib:

“Daha əvvəl biz xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu milliyətcə dağıstanlıdır və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss” də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”.

“Uliss” klubunun açıqlamasına görə, yalnız Qurbanov komandanın heyətini tərk etdikdən sonra onun vaxtı ilə Azərbaycanın gənclərdən ibarət millisində çıxış etməsini biliblər:

““Uliss” heyəti gücləndirmək məqsədilə Antalyada aktiv şəkildə seleksiya işləri aparır, heyətə oyunçular cəlb edir. Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz..”, – deyə klubun yaydığı rəsmi məlumatda bildirilir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button