Idman

Qurban Qurbanov qələbəni şərh etdi

Qurban Qurbanov qələbəni şərh etdi“Çox maraqlı oyun oldu. Meydançada 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. 3 xal qazanmağımıza şadam. Futbolçularımı təbrik edirəm\”.

ANS PRESS PFL-ə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Zaqatalada oynanılan \”Simurq\”la oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu mövsüm “Simurq” avrokuboklarda mübarizə aparmağa layiqdir: \”Bu komanda barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. Şadam ki, qələbə qazanmaqla turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button