Idman
Erməni futbolçu Bakıya gəlir
Almaniyanın “Hoffenhaym” klubunun yeniyetmələrdən ibarət komandasının 16 yaşlı hücumçusu David Kazaryan Rusiya yığmasının tərkibində azərbaycanlı həmyaşıdları ilə keçiriləcək yoldaşlıq görüşlərinə dəvət alıb.
Həmin futbol matçları fevralda, Bakıda baş tutacaq, alman klubunun rəsmi saytı xəbər verir.
Oxu.Az-ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, Kazaryan Barnaulda anadan olub (Rusiya).
Öz növbəsində, AFFA-dan bildiriblər ki, Azərbaycan və Rusiyanın yeniyetmələrdən ibarət yığmaları arasında (U-17) matç Bakıda fevralın 18 və 20-də keçiriləcək.