Idman

“Qarabağ“ UEFA-ya etiraz etdi: “Bu, mümkün deyil“

“Qarabağ” UEFA-ya müraciət ünvanlayıb.

“SAVAŞ”-ın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral meydanda keçirilməsinə dair məlum qərardan narahatlığını ifadə edib.

Bilindiyi kimi, Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub. Qitə futbol qurumu Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar verib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı göstərilib.

AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub

O da qeyd olunub ki, İcraiyyə Komitəsinin bugünkü qərarı Avro-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının planlaşdırılmasına təsir göstərməyəcək.

“Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda “Vilyarreal”a (İspaniya) qarşı keçirməli idi.

Hazırkı qərara əsasən Ağdam klubu “Sivasspor” (Türkiyə) və “Makkabi” (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir.

“Qarabağ” UEFA-ya göndərilən məktubda yeni qərarın qısa müddətdə iki dəfə dəyişdirilməsinin anlaşılmaz olduğunu bildirib, bunun onlara ciddi problemlər yaratmasını qeyd edib.

Bildirilib ki, istər sənədləşmə, istərsə də vaxt baxımından yaranacq çətinlikləri aradan qaldırmaq real deyil. UEFA-dn xahiş olunub ki, bu məsələ ilə bağlı ölkəmizin və klubun mövqeyi nəzərə alınsın. “Qarabağ” alternativ meydan variantının ön plana çəkilməsini istəyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists