Idman

UEFA “Qarabağ”la bağlı yekun qərarını açıqladı

UEFA “Qarabağ”la bağlı yekun qərarını açıqladıApellyasiya şikayətinə baxıldı.

Bu gün İsveçrənin Cenevrə şəhərində “Qarabağ”ın apellyasiya şikayətinə baxılıb. Bu barədə məlumat “Ağdam” klubunun Facebook səhifəsində yerləşdirilib.

Məlumata əsasən, UEFA “Qarabağ”ın müraciətini təmin etməyib.

Belə ki, Apellyasiya Komitəsi hakimin qərarının səhv olduğunu və bu baxımdan ona cəza verilə biləcəyini istisna etməyib.

Ancaq Komitə bu hakim səhvinin matçın yenidən oynadılmasına səbəb olacaq bir şəkildə qayda pozuntusu olmadığını bildirib. Beləliklə, “Qarabağ” – “İnter” matçı təkrar keçirilməyəcək. Gözlənildiyi kimi, çexiyalı hakimlər briqadasına cəza veriləcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” İtaliyanın “İnter” klubu ilə üz-üzə gəlmişdi. Matçın sonuncu dəqiqələrində Riçard Almeydanın qapıya yol tapmasına baxmayaraq, qol hesaba alınmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə isə ağdamlılar “pley-off”a vəsiqə qazanmaq şansından məhrum edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button