Idman

“Uşaqlıqda pulsuzluqdan müştərilərin artıqlarını yeyirdim“ – Ronaldo

Hazırda dünyanın ən varlı futbolçularından olan portuqaliyalı Kriştiano Ronaldo uşaqlıqda yaşadıqlarını danışarkən göz yaşlarını saxlaya bilməyib.

Savash.org xəbər verir ki, o, uşaq ikən pulsuzluqdan hamburger qalıqlarını yediyini danışıb:

“12 yaşımda demək olar ki, heç pulum yox idi. Portuqaliyada eyni yaş qrupundakı oyunçuların yanında idim. Mənim üçün, ailəm üçün çətin bir dönəm idi. Bir hamburger restoranı var idi. Orada artıq qalan hamburgerləri paylayırdılar. Edna adlı bir qadın işçi digər iki qadınla bizə kömək edirdilər.”

Bu qadınlardan birinin adı Paula Lekadır. O, Ronaldo haqqında bunları danışıb:

“Onlar restoranın qarşısına gəlirdilər və bir neçə burger qaldıqda, menecer onları uşaqlara paylamağımıza icazə verirdi. Bu uşaqlardan biri Kriştiano Ronaldo idi. Həmişə zamanında restoranın qarşısında olardı. O, demək olar ki, hər axşam gəlirdi”.

Paula bir çoxlarının, hətta oğlunun belə, bu hadisəyə inanmadığını deyib.

Sportinfo.az  yazır ki, Ronaldo o dövrdə Paula ilə birlikdə burger dükanında işləyənlərin yaxşılığını heç zaman unutmur, onları yeməyə dəvət edir və hər birinə tək-tək təşəkkürünü bildirir.

Futbolçu qeyd edib ki, ən böyük kədəri atasının indiki günlərini görməməsidir:

“Dünyanın ən yaxşısı olduğumu görə bilmədi, mükafat aldığımı görə bilmədi, nailiyyətlərimi görə bilmədi. Anam, qardaşlarım, oğlum bunları gördü, amma atam bunların heç birini görə bilmədi”.

Ronaldo həyat yoldaşı Corcinanın da ona çox kömək etdiyini vurğulayıb:

“Mənə çox kömək edib. Uşaqlarımın anasıdır, mənim dostumdur. Çox danışırıq. Ürəyimi ona açdım, o da mənə ürəyini açdı. Bir gün mütləq evlənəcəyik, bu anamın ən böyük arzusudur”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists