Idman

\”Real\” 2 qolla qazandı, Bazeldə \”sülh\” bağlandı

"Real" 2 qolla qazandı, Bazeldə "sülh" bağlandıUEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam edir. ANS PRESS-in məlumatına görə, bu gecə daha iki oyun baş tutub.

Turnirin son qalibi \”Real\” \”Şalke 04\”ün qonağı olub. Oyun \”Kral Klubu\”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə Kriştiano Ronaldo açıb. 79-cu dəqiqədə Marselo ikinci qolu vurub. Bu komandalar ötən mövsüm də turnirin 1/8 finalında qarşılaşmışdı. Həmin vaхt \”Real\” iki oyunun nəticəsinə görə 9:2 hesablı qələbə qazanmışdı (6:1, 3:1).

Günün digər oyununda \”Bazel\” \”Portu\”nu qəbul edib. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Derlis Qonzales açıb. 79-cu dəqiqədə isə Danilo penaltidən bərabərliyi təmin edib – 1:1.

Qeyd edək ki, mərhələnin 2 oyunu dünən keçirilib PSJ \”Çelsi\” (1:0), \”Şaхtyor\” \”Bavariya\” (0:0) ilə \”sülh\” bağlayıb. 1/8 finalın qalan 4 qarşılaşması gələn həftə (\”Mançester Siti\” – \”Barselona\”, \”Yuventus\” – \”Borussiya\” (Dortmund), \”Bayer\” – \”Atletiko\” və \”Arsenal\” – \”Monako\”) baş tutacaq.

Çempionlar Liqası
2014/15 mövsümü
1/8 final (ilk oyunlar)

18 fevral
Şalke 04 (Almaniya) – Real (İspaniya) 0:2
Qollar: Kriştiano Ronaldo, 26. Marselo, 79.
Baş hakim: Martin Atkinson (İngiltərə).
Gelsenkirхen. \”Veltins-Arena\” stadionu.

Bazel (İsveçrə) – Portu (Portuqaliya) 1:1
Qollar: Derlis Qonzales, 11 – Danilo, 79-pen.
Baş hakim: Mark Klattenburq (İngiltərə).
Bazel. \”St. Yakob-Park\” stadionu

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button