Idman

AZAL-“İnter” görüşündən sonra əlbəyaxa dava düşdü – (Video)

AZAL-“İnter” görüşündən sonra əlbəyaxa dava düşdü - (Video)

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bu gün başa çatan AZAL-“İnter” matçından sonra dava düşüb. Məlumata görə, ilk qığılcım qarşılaşmanın sonlarında yaranan mübahisə zamanı olub.

Sezar Meza Kollinin komanda yoldaşına qarşı sərt hərəkətinə dözə bilməyərək ona etiraz edən AZAL-ın yarımmüdafiəçisi Nicat Qurbanova cavab “İnter”in hücumçusu Baçana Sxadadzedən gəlib. Həmin vaxt ehtiyat oyunçular skamyasında olan Sxadadze ilə Qurbanovu komandaların baş məşqçiləri sakitləşdirib.

Lakin qarşılaşmadan sonra futbolçular paltardəyişmə otağına yollanarkən koridorda yenidən ara qarışıb. Bu dəfə futbolçular kollektiv şəkildə davaya girişiblər. Yalnız məşqçilərin və mühafizəçilərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

İnsidentin təfərrüatlarına gəlincə isə AZAL-“İnter” oyununda baş verən hadisələrdə AZAL-ın futbolçusu Elton Yaqublu meydançanın kənarında zədələnib. Həmin vaxt “İnter”in ehtiyat oyunçular skamiyasında oturan Baçana Sxadadze Eltona təpiklə zərbə endirib.

Bunu görən AZAL-ın futbolçusu Nicat Qurbanov Sxadadzeyə etirazını bildirb. Sxadadze də əlindəki sarğını Nicatın sifətinə çırpıb. Bundan sonra isə ara qarışıb (futbolxeber.az).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button