Idman

Braziliyalı futbolçu müharibədən yazdı: “Şükür ki, Azərbaycan qalib gəldi“

Millimizin sabiq üzvü Fabio Luis Ramim Azərbaycanın Qarabağ uğrunda döyüşlərdə qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.

Savash.org xəbər verir ki, bununla bağlı şəxsi İnstaqram səhifəsində yazan braziliyalı keçmiş futbolçu özünü qəlbən azərbaycanlı hesab etdiyini bildirib:

“Qarabağda gedən müharibə ilə bağlı çox narahat idim. Tanrıya şükür ki, Azərbaycan ordusu döyüş meydanında qalib gəldi və möhtəşəm zəfər çaldı. Bütün Azərbaycan xalqını, ələxsus Qarabağı yenidən vətənə qovuşduran cəsur, mərd oğlanları alqışlayıram.

Əslində sakit birisiyəm və şəxsi həyatımla bağlı məsələləri sosial şəbəkələrdə bölüşmürəm, amma Qarabağla bağlı internetdə paylaşım etmişəm, çünki mən də özümü Azərbaycanın bir parçası hiss edirəm.

Peşəkar bir futbolçu kimi ölkənizə, qonaqpərvər və mehriban insanlarınıza çox borcluyam. Bakıda çox gözəl günlərim keçib, yığmadakı oyunlarımı xüsusi bir nostalji hissi ilə tez-tez xatırlayıram. Azərbaycan mənim ikinci vətənimdir, həmişə ay-ulduzlu üçrəngli bayrağımızı daha da uca etmək üçün futbol meydançasında əzmlə çalışmışam. Əfsuslar olsun ki, aldığım zədələr səbəbindən Bakıda karyeramı davam etdirə bilmədim. Artıq 5 ildir ki, futbol təcrübəmi yeni nəsillə bölüşürəm, məşqçi kimi fəaliyyət göstərirəm.

İnanıram ki, nə vaxtsa öz mənəvi borcumu qaytarmaq üçün Azərbaycana dönəcəm, çünki mən qəlbimdə azərbaycanlıyam”.

Qeyd edək ki, Fabi Luis Ramim 2005-2012-ci illərdə ölkəmizdə “MKT Araz”, “Olimpik” və “Bakı” klublarında çıxış edib, 2008-2011-ci illərdə isə millimizdə oynayıb və 16 oyuna 4 qol vurub.

Braziliyalı futbolçu müharibədən yazdı:  “Şükür ki, Azərbaycan qalib gəldi“
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button