Idman

“Qalatasaray” klubu şəhidimizin məzarını ziyarət edəcək

“Qalatasarayın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, həmçinin futbolçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar”.

Savash.org xəbər verir ki, bunu idman jurnalisti Gündüz Abbaszadə deyib. O, Qalatasaray rəhbərliyi tərəfindən şəhid ailələrinin oyuna dəvət olunacağını vurğulayıb:

“Klub şəhidimizin məzarını ziyarət edəcək. Bunları mənə Qalatasaray prezidentinin köməkçisi Yusuf Günay biraz əvvəl telefon danışığımızda dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button