Idman

Kamran Ağayev \”banka dəyib, gəlirəm\” dedi, millinin heyətindən çıxarıldı

Kamran Ağayev "banka dəyib, gəlirəm" dedi, millinin heyətindən çıxarıldıMillinin son qarşılaşmasında Kamran Ağayev qapıda dayanmadı. Sözsüz, belə olacağı gözlənilmirdi. Berti Foqtsdan öncə də yığmanın əsas qapıçısı olan, uzun illərdi öz yerini buraxmayan qapıçının birdən-birə kənarda qalması hələ çox danışılacaq söz-söhbət yol açdı. Mahmud Qurbanovun Norveçlə matçda əsas heyətdə şans tanıdığı Səlahət Ağayev pis təsir bağışlamadı.

Buraxılan yeganə qolda səhvi o etməsə də, hər halda Kamranın yoxluğunu unutdura bilmədi. Bəs nə səbəb oldu ki, Qurbanov vaxtilə “Xəzər Lənkəran”da çiyin-çiyinə çıxış etdiyi, ondan sonra da dostluq münasibətilərini saxladığı Kamrandan üz döndərdi? Axı o, normalda bu riskə getməmliydi.

Qurbanovun bir Ağayevi digər Ağayevlə əvəzləmək fikri əvvəldən olmayıb. Skandinavlarla görüşdən 1 gün öncəyədək. Son məşq üçün qaldığı oteli tərk etməyə hazırlaşan komandaya qoşulmaq istəməyən Kamran baş məşqçi əvəzinə yaxınlaşaraq, \”bankda işim var, gedim, sonra gələrəm\” deyib.

Mahmud, təbii ki, razılıq verməyib. Amma \”1 nömrə\”nin hərəkətinin cavabını oyun günü verib. O, əsas heyəti açıqlayrkən, Kamran qulaqlarına inanmayıb və pərt olub. Qurbanov isə köməkçilərinə \”mən səhv etdim, gərək onu dünən düşərgədən qovardım\” söyləyib. (sportinfo)
– See more at: http://sportarena.az/news/28410/?n=l#sthash.YFS1MfWI.dpuf

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button